Page 248 - Turk_Edebiyyati_Antologiyasi
P. 248

Türkiyə ədəbiyyatı antologiyası
      248
                     Bunu düşünün: mәsәlәn, evli bәylәr, siz dә
                     Xanımınız kimi baxa bilәrsiz birinә
                     Öpә bilәrsiniz uşaqlarınızı istәyincә
                     Yuyununca hәlә iy-qoxudan da qurtularsınız
                     Dediklәrimin heç biri bunu bacarmaz
                     Heç birini bacarmaz, bәli,
                     Subaylar könüllәri istәyincә.



                         OXUCULARIM BİLİRMİ?


                     Mәn bu şeirlәr üçün
                     Neylәdim, nәlәr çәkdim
                     Hansı ulduzlarda dolaşdım
                     Oxucularım bilirmi?

                     Neçә düşmәnliklәrdәn keçdim
                     Neçә eşqlәrә yas tutdum
                     Neçә gümanlarla inlәdim
                     Oxucularım bilirmi?

                     Bәzi mәşhurların
                     Şeirimdәn şeir yazdığını
                     Mәnimsә kimsәni borclu çıxarmadığımı
                     Oxucularım bilirmi?

                     Əlimdәn qaçan misraları
                     Günlәrlә necә gözlәdim
                     Nә sancılar çәkdim
                     Oxucularım bilirmi?
   243   244   245   246   247   248   249   250   251   252   253