Page 247 - Turk_Edebiyyati_Antologiyasi
P. 247
247
EŞQ İÇİNDƏ ÖLMƏK
Mәn dә qımıldatmağı bilirdim
Qollarımı
Ayaqlarımı
Başımla salam verirdim
Ölümümdәn beş dәqiqә qabaq Salah Birsel
Siqaret dә çәkmişdim.
PƏNCƏRƏDƏ QADINLAR
Əvvәlcә bir sarışın açdı pәncәrәni
Sonra bir hallıcası-dullucası
Daha sonra güldü qaçdı
Qadınların әn incәsi
Xülasә, növbә әsmәrә çatdı
Bir әtlicәsi-südlücәsi.
SUBAYLAR
Yatağınızda yatarkәn siz rahat
Bilin ki, subaylar üşüyür
Keçib küçәlәrdәn üçbir-beşbir
Sülәnә-sülәnә gәzir
Titrәyir
Yatağınızda yatarkәn siz rahat
Qorxub da qaçmayın onlardan
Qızlar, әllәriniz әllәrinә dәyincә
Düşünün – onların da döyünür ürәyi
Subaylar kirli köynәk geyir
Subaylar çürüyür.