Page 242 - Turk_Edebiyyati_Antologiyasi
P. 242
Türkiyə ədəbiyyatı antologiyası
242
ALT-ALTA, ÜST-ÜSTƏ
Yarpaqdan, çiçәkdәn o tәrәfdә
Nәsә cücәrir,
Nәsә böyüyür içimdә.
Xalları masmavi bir tırtıl
Rahatca uzanıb yarpağın üstündә
Qarışqa
Özündәn çox böyük çörәyin üstündә.
Əl var, ayaq var,
Göz var, qulaq var,
Qәlb var, dodaq var –
Zülm, işgәncә mәnim üstümdә.
MAVİ GÖZ YAŞLARI
“Söykәmiş başını yosun daşına balıq,
Ağlayırdı…
Gözlәrimlә gördüm:
Göz yaşları maviydi…”
BEZGİNLİK
Usandım
Tumurcuqlaması ümidsiz bağçanı gözlәmәkdәn…
Usandım
Tarla quşunun sәsindәn…
Usandım
Bu ürәkdәn, öz-özümdәn…
Usandım
Dura-dura sәni gözlәmәkdәn!..