Page 238 - Turk_Edebiyyati_Antologiyasi
P. 238
Türkiyə ədəbiyyatı antologiyası
238
Mәnim doğulduğum kәndi
Axşamları qaçaqlar basardı,
Buna görә tәnhalığı sevmirәm heç
Danış bir az!
Mәnim doğulduğum kәnddә
İnsanlar gülmәk bilmәzdi
Buna görә naçar qalmışam
Gül bir az!
Mәnim doğulduğum kәnddә
Qara yel әsәrdi daim
Elә buna görә çatlaqdı dodaqlarım
Öp bir az!
Sәn Türkiyә kimi işıqlı vә gözәlsәn!
Mәnim doğulduğum kәnd dә gözәldi.
Sәn dә danış doğulduğun yerlәrdәn
Danış bir az!
1944
FANİ İNSANLAR ÜÇÜN
Hamınız ölәcәksiniz!
Tanrı qatına çıxacaqsınız utanmadan!
Ruhlarınız qoyub qaçacaq sizi!
Torpağa gömülәcәksiniz.
Qurdlar, cücülәr, soxulcanlar
Sevinclә daraşacaq üstünüzә.
Əllәriniz bomboş qalacaq,
Kimsә baxmayacaq rәsminizә.
Sevilmiş qadınların xәyalı
Dumanlar kimi dağılacaq;