Page 235 - Turk_Edebiyyati_Antologiyasi
P. 235
235
NƏDƏN
Başımı soxacaq bir damım yox
Ucsuz-bucaqsız dünyaya qarşı.
Əllәrimdә isti üzü yaşamağın
dosta qarşı, düşmәnә qarşı.
Qanım damcılar ilıq-ilıq Abdul Kadir
Sәhәrәdәk yuxuma girәn aydınlığa qarşı.
Ovada nur topu bir ağac parlar
qızıl sünbüllü eşqimә qarşı.
Qardaşcasına yaşamaq varkәn
nәdәn quzular tәk-tәk, qurdlara qarşı.
GECƏ İÇİNDƏ
İsti bir yağış sinәr
qara gecәnin içinә,
torpaq kökәtәk qabarar.
Taq-taq döyәrlәr qapımı,
kişnәr qapımda boz atım,
dünyam gümüşlәr qurşanar.