Page 231 - Turk_Edebiyyati_Antologiyasi
P. 231
231
İNSAN SƏSİ
Dağlarda insan sәsi var
Şәhәrdә insan sәsi
Külәk deyil, insan sәsi
Dünyamızda dolaşan.
PƏRİŞAN Cahit İrqat
Gözlәrindә dәniz, gözlәrindә gәmi
Gözlәrindә çıl-çılpaq uşaqlar
Yellәr әsir, yellәr mәltәmdir
Gözәl dünya üzәrindә matәmdir
Qәlbimizin üç guşәsi yanğın yeri, pәrişan,
Gözәl şәhәr diri-diri pәrişan.
Gözәl yağış çirkin olar yoxsul gözündә
Üsyan deyil, arzudur, şimşәk-şimşәk parlayan.
Danış, torpaq, danış, meydan,
İnsan oğlu hәr gün daha pәrişan.
MELODRAM
Birinin bıçaq vardı әlindә,
Birinin bәyaz gül.
İkisi dә yorğundu –
Küçә uşağı idimindә.
Bıçaq tutan bıçağını sapladı,
Çiçәk tutan çiçәyini qoxlatdı