Page 228 - Turk_Edebiyyati_Antologiyasi
P. 228
Türkiyə ədəbiyyatı antologiyası
228
SALAM
Salamındır keçәn bilirәm –
yaşardı teleqraf dirәklәri
neçә illәr sonra meşәsindәn aralı.
sevinc bürüdü qaranquşları –
necә gәldi öpüşdülәr
düşünmәdәn günahı vә o dünyanı.
Mәn dәli-divanә olsam
çoxmu görәrlәr?..
GİZLƏNPAÇ
Rifat İlqaza
Neçin xatırlayıram
Gizlәnpaç oynamağımızı;
Gizlәnpaç oynadığımız günlәr
Çoxmu uzaqda qaldı?
Ürәyim elә istәyir…
Sәn heç istәmәdinmi?
Gizlәnpaç oynamaq istәyirәm:
Uşaqlığımızdakı kimi
Vә son dәfә…
Tapa bilәcәksәnmi görәk yenә:
Bu dәfә çәpәrin arxasında deyilәm,
Nә dә tәndirin içindәyәm.
Çox başqa yerlәrdә gizlәnәcәyәm;
Gözünü yum, mәnim balam, gözünü yum,
Gizlәnirәm…
Oldu, keçdi,
Qara quşlar ötdü!..