Page 224 - Turk_Edebiyyati_Antologiyasi
P. 224
Türkiyə ədəbiyyatı antologiyası
224
Dünәn yolda rast gәldim,
Sevindi mәni görüncә.
Küçәdә ayaqüstü
Danışdıq ordan-burdan,
Evlәnib, uşaqları olub
Bir qız, bir oğlan.
Sәni soruşdu
Heç dәyişmәyib, – dedim, –
Gördüyün kimidi…
Başa düşdü.
Xoşbәxtmiş, yoldaşını sevirmiş
Özlәrininki imiş evlәri…
Suçlu kimi peşman idi.
Sәnә salam söylәdi.
KİTABLARDA ÖLMƏK
Adı, soyadı.
Açılır mötәrizә
Doğulduğu il, tire, öldüyü il, vәssalam,
Bağlanır mötәrizә.
O indi kitablarda ad-soyaddı
Mötәrizә içindәdi doğum-ölüm illәri.
Ya sәhifә altında, ya da bir az irәlidә
Əsәrlәri, nә vaxt çapdan çıxdığı
Qısa, uzun siyahı.
Kitab adları
Can verәcәk quşlar kimi әlinizdә.