Page 220 - Turk_Edebiyyati_Antologiyasi
P. 220

Türkiyə ədəbiyyatı antologiyası
      220
                                      KİLİM


                     Sabahın içindә bir Sivas kilimi
                     Çәhrayı-çәhrayı gülürdü.

                     Çәkib parıltısını canına nәhrlәrin, çayların
                     Pul-pul idi.


                     Yaşılından Sivas üzәrindәn keçәn ovalara
                     Bir parça qarışmasını istәrdi.


                     Ovada pambıq, ovada tütün, ovada iydә
                     Onsuz qaranlıqdı.


                     Onsuz baxanda çocuqların gözlәrindә
                     Bir yalqızlıq görmәk olurdu.

                     Dünya gözәli mavisi qarışmalıydı bütün kilimlәrә
                     Bütün kilimlәrdә yaşamalıydı.


                     Yaşamağı daha haqlı göstәrәmmәzdi,
                     Sivas üzәrindә başqa heç bir şey.

                     Bir Sivas kilimi sәhәrin içindә
                     Tanınmasını istәyirdi bütün qitәlәrdә
                     Bәxtiyar rәngi.



                           YAVAŞ-YAVAŞ KEÇDİM
                    QƏLƏBƏLİKLƏRİN ARASINDAN


                     Yavaş-yavaş keçdim qәlәbәliklәrin arasından
                     dәniz lәpәsi kimi çoxalda-çoxalda keçәn
   215   216   217   218   219   220   221   222   223   224   225