Page 219 - Turk_Edebiyyati_Antologiyasi
P. 219
219
QIZILİRMAQ 1
7 oktyabr 1951
Soyuq, qaranlıq, kimsәsiz gecәydi
Otuz kişiydik, ağzımızı bıçaq da açmazdı
Sәni gördük maşının pәncәrәsindәn
Kef içindә axıb gedirdin İlhan Berk
Hamımız çıxarıb siqaretimizi yandırdıq
Türkü söylәdik.
GÜNDƏLİK İŞLƏRƏ OXŞAYAN ÖLÜM
Qıvrıla-qıvrıla uzanırdı yol.
Sonunda dayanıb durduq
Açıq qapıdan gördük
oturub yun әyirirdi
әlindә fırfırası.
İri bir yumaq qapının yanında yuvarlanıb
qalmışdı.
Eşikdәn başımızı uzadıb
“Necәsәn?” – dedik. Sanki
stulun yerini dәyişdirәn kimi.
“Ölüb gedirik belәcә” – dedi,
qaldırmadan başını
sanki gündәlik işlәrdәnmiş ölüm.
Rüzgar döyәclәyirdi önündәki
Aradabir başını qaldırıb baxdığı dәnizi.
1 Qızılirmaq – Türkiyәdә çay