Page 214 - Turk_Edebiyyati_Antologiyasi
P. 214
Türkiyə ədəbiyyatı antologiyası
214
DƏFNƏ ORMANI
Kölә sahiblәri çörәk qayğısı çәkmәdiklәri
üçün fәlsәfәylә mәşğuldular, çünki
Çörәklәrini kölәlәr verirdi onlara;
Kölәlәr çörәk qayğısı çәkmәdiklәri üçün
Fәlsәfә-filan bilmәzdilәr, çünki çörәklәrini
Kölә sahiblәri verirdi onlara.
Vә yıxıldı getdi Likiya 1
Kölәlәr fәlsәfә qayğısı çәkmәdiklәri
Üçün çörәk hayındaydılar, çünki
Fәlsәfәlәrini kölә sahiblәri verirdi onlara
Fәlsәfә sahiblәri kölә qayğısı çәkmәdiklәri
Üçün çörәk dәrdlәri yoxdu, çünki kölәlәrini
Fәlsәfә verirdi onlara
Vә yıxıldı getdi Likiya.
Fәlsәfәnin çörәyi yoxdu, çörәyin
Fәlsәfәsi… Vә sahibsiz fәlsәfәnin
Çörәyini sahibsiz çörәyin fәlsәfәsi yedi,
Çörәyin sahibsiz fәlsәfәsini
Fәlsәfәnin sahibsiz çörәyi.
Vә yıxıldı getdi Likiya –
Hәlә dә yaşıl bir dәfnә ormanı altında.
1 Likiya – Roma imperiyasının indiki Türkiyә әrazisindә xarabalıqları qalan bir
әyalәti