Page 210 - Turk_Edebiyyati_Antologiyasi
P. 210
Türkiyə ədəbiyyatı antologiyası
210
BİRDƏN-BİRƏ
Hәr şey birdәn-birә oldu.
Birdәn-birә vurdu gün işığı yerә;
Göy üzü birdәn-birә oldu,
Mavi birdәn-birә.
Hәr şey birdәn-birә oldu –
Birdәn-birә qalxmağa başladı duman torpaqdan,
Cücәrti birdәn-birә oldu, tumurcuq birdәn-birә.
Meyvә birdәn-birә oldu.
Birdәn-birә,
Birdәn-birә,
Hәr şey birdәn-birә oldu.
Qız birdәn-birә, oğlan birdәn-birә,
Yollar, çöllәr, pişiklәr, insanlar…
Eşq birdәn-birә oldu,
Sevinc birdәn-birә.
1950
GÖZƏL HAVALAR
Mәni bu gözәl havalar mәhv etdi,
Belә havada istefa etdim
Vәqfdәki mәmurluğumdan.
Tütünә belә havada alışdım,
Belә havada aşiq oldum;
Evә düz-çörәk almağı
Belә havalarda unutdum.
Şeir yazmaq xәstәliyim
Eynilә belә havalarda tәrpәşdi,
Mәni bu gözәl havalar mәhv etdi.