Page 209 - Turk_Edebiyyati_Antologiyasi
P. 209
209
SİZİN ÜÇÜN
Sizin üçün, insan qardaşlarım,
Hәr şey sizin üçün.
Gecә dә sizin üçün, gündüz dә –
Gündüz gün işığı, gecә Ay işığı;
Ay işığında yarpaqlar, Orxan Vəli Kanık
Yarpaqlarda maraq,
Yarpaqlarda ağıl,
Gün işığında min bir yaşıl,
Sarılar da sizin üçün, çәhrayılar da,
Bәdәnin ovuca tәması,
Hәrarәti,
Yumşaqlığı…
Yuxu dәmindәki rahatlıq,
Salam-kalam sizin üçün.
Sizin üçün limanda yellәnәn dirәklәr,
Günlәrin adları,
Ayların adları,
Qayıqların rәnglәri sizin üçün,
Sizin üçün poçtalyonun ayağı,
Dulusçunun әli;
Alınlardan axan tәr,
Cәbhәlәrdә sәrf edilәn güllә.
Sizin üçün mәzarlar, mәzar daşları,
Hәbsxanalar, qandallar, edam cәzaları…
Sizin üçün,
Hәr şey sizin üçün.