Page 206 - Turk_Edebiyyati_Antologiyasi
P. 206
Türkiyə ədəbiyyatı antologiyası
206
QATAR SƏSİ
Qәribәm –
Nә bir gözәl var ovudacaq könlümü
Bu şәhәrdә,
Nә dә ki, bir tanış çöhrә.
Bir qatar sәsi duymağa bәndәm –
İki gözüm iki çeşmә.
SÖZ
Aynada başqa gözәlsәn
Yataqda başqa;
Qәmlәnmә, söz olar deyә –
Tax, taxışdır,
Sür, sürüşdür.
1
Acıqcan gәl,
Qızlar çıxan vaxt
2
Mühәllәbiçiyә .
Söz olarmış…
Olsun!
Dostum deyilmisәn?
VƏTƏN ÜÇÜN
Nәlәr yapmadıq bu Vәtәn üçün!
Kimimiz öldük,
Kimimiz nitq söylәdik.
1 Acıqcan – qәsdәn, açığa düşüb
2 Mühәllәbiçi – şirniyyat dükanı