Page 203 - Turk_Edebiyyati_Antologiyasi
P. 203
203
XXXI
Dalanın üstünü tutan çiçәk qoxusu
Yaxamı burax, qoy çıxıb gedim.
FATEHİN RƏSMİ Oktay Rifat
Ayasofya qübbәsindә ağ bir bulud,
Baxdım, gethagetdә. Bal rәngli tәsbehim,
Kәhrәba günlәr, düşdü yarpaq vә umud,
Payız yağışı süzüldü şüşәdәn düyüm-düyüm.
Mәnimdi yellәnәn kaftanlar, mәnimdi,
Atların boynu, yerindә yellәr әsәr!
Qalanın daşlarına sürtdüm әlimi,
Mәnimdi İstanbul, bürclәr mәnә bәnzәr.
Qızıl camlarda aş yedim, su içdim
Qızıl sәrnicdәn, daşqın Dunaydan keçdim
Mәn Sultan Mehmet, Avni, tuğlarla uca.
Bir rәsmdә qaldım balaca, mәn deyilәm,
Çalmam, soyuq kürküm, qoxusuz gülüm,
Araram, aranıram yerdә dәlicә.
QOYUNLAR
Uca yaylalardan enmişlәr
Yayaq-yapalaq
Başqa bir soyun
Durğun insanları kimi baxırlar
Anlaşılmaz gözlәrlә