Page 208 - Turk_Edebiyyati_Antologiyasi
P. 208
Türkiyə ədəbiyyatı antologiyası
208
Sәnin yerin başqa,
Onun yeri başqa!
QONAQ
Dünәn çox darıxdım axşamacan,
İki qutu siqaret heç gördümü, de, mәni.
Yazı yazmaq istәdim – olmadı,
Kaman çaldım ömrümdә ilk dәfә…
Dolaşdım,
Nәrd oynayanlara tamaşa etdim,
Bir şәrqini başqa mәqamda söylәdim,
Milçәk tutdum – bir kibrit qutusu…
Eh, Allah kәssin, әn axırda
Qalxdım, bura gәldim.
HAVAYI
Havayı yaşayırsınız, havayı,
Hava havayı, bulud havayı,
Dәrә-tәpә havayı,
Yağış, palçıq havayı…
Avtomobillәrin çölü,
Kinoteatrların qapısı,
Vitrinlәr havayı…
Pendir-çörәk olmasa da,
Adi su havayı,
Kәllә qiymәtinә hürriyyәt,
Əsirlik havayı,
Havayı yaşayırıq, havayı.
1949