Page 201 - Turk_Edebiyyati_Antologiyasi
P. 201
201
QƏDƏH
Bura balıqçı kafesi
Ortalıq süd mavisi
Hәvari bu nә biçim meyxanә
Boşqabımda bir bulud
Qәdәhimdә göy üzü. Oktay Rifat
SON SÖZ
Boğazından qurtum-qurtum keçәn
Bu suyun qiymәtini bil
Nәdir axı bu mavilik, demә
Pәncәrәndәn görә bildiyin qәdәr
Göyün qiymәtini bil.
Qiymәtini bil çiçәk açmış badamın
Günәşli otağın, çamurlu yolun
Ağın, qaranın, yaşılın
Çәhrayının qiymәtini bil
Dirilik elә bir şeydi ki, ürәkdә
Sevinclә çırpınar
Sevda yellәri әsәr insanın başında
İnsanoğlu coşar, öfkәlәnәr, savaşar.
Xalq üçün girişilәn savaşda
O qorxulu sevincin
Öfkәnin qiymәtini bil
Bil ki, bu,
Budur elә:
Günәş yalnız dirilәri isidir
Günәşin qiymәtini bil.