Page 197 - Turk_Edebiyyati_Antologiyasi
P. 197
197
HƏSRƏT
Sevgimi unutmaq üçün tamaşa edәrәm
bir tabloya, bir mәrmәrә,
Ki, nә qәdәr dalsa ruhum
yenidәn dönәr geriyә:
Oxuyuram düşünә-düşünә Fazil Hüsnü Dağlarca
oxuduğun şeirlәri,
Sәnin düşüncәn keçәrkәn üzәrindә,
bәlkә, hәrarәt qalıb deyә.
DÖRD QANADLI QUŞ
Dörd gözünü açar
qaranlıq
Dörd qanadımın
yuxusunu
görmәk üçün.
İLK GÜNAH
Dağ bıçaqlayar
Erkәndәn
Gözәlliyini
Gecәnin.
GÖRMƏK
Görmәk, qaranlıq yarpaqlar üstündә,
Gecә qәdәr yaşayan külәyi görmәk.