Page 192 - Turk_Edebiyyati_Antologiyasi
P. 192
Türkiyə ədəbiyyatı antologiyası
192
PARAMPARÇA
Ağac bütün
İşıq bütün
Meyvә bütün
Mәnim dünyam paramparça.
Böyük bir güzgü sınıb
Sınıb yerә tökülüb
Kainat içinә düşüb
Düşüb, amma paramparça.
Yarpaq-yarpaq yapışdırdım
Diyar-diyar dolaşdırdım
Alovdur tutuşdurdum
Yandım, amma paramparça.
TƏNƏ
İrәlidә zeytun ağacları – arxasında yar
1
Sәnә 1946
Mövsüm
2
Sonbahar .
İrәlidә zeytun ağacları – neylәyim, neylәyim
Dalları neylәyim
Yar yolunda tökülmәyәn dillәri neylәyim
Yar yar
Sәni qara saplı bıçaq kimi sinәmә sapladılar
Dәyirman misalı fırlanar başım
1 Sәnә – il
2 Sonbahar – payız