Page 193 - Turk_Edebiyyati_Antologiyasi
P. 193
193
Sevda deyil, bu bir xışım 1
Gәl gör mәni darmadağın
Tel-tel çözülüb qalmışam
Yar yar
Canımın çәkirdәyindә tikan
Gözümün bәbәyindә sitәm var.
PUL-PUL Bədri Rəhmi Eyyuboğlu
Yeddi tәpәyә qurulmuş 2
Pul-pul
Gümüş-gümüş balıqları
Pul-pul
İşıqdan-sudan hörülmüş
Canım İstanbul.
MÜJDƏ
Portağal qabığından
Qovun dilimindәn
Havalandı naxışlar
Avşar kilimindәn
Çılğın topuqları üstündә
Sәbәbsiz sevincin
Adamın ürәyi dostlara
Bir şad xәbәr aparmaq istәr
Tәrs kimi nә dost var meydanda
Nә dә bir şad xәbәr.
1 Xışım – düşmәnlik
2 Qurulmaq – yerlәşmәk