Page 188 - Turk_Edebiyyati_Antologiyasi
P. 188
Türkiyə ədəbiyyatı antologiyası
188
QƏSƏBƏMİZ
Qağayıların saldığı toxumdan
Cücәrdiyinә inandığım qәsәbәmiz…
Yosun qoxuyardı evlәr,
Çarşıları xәrçәng qoxuyardı
Şalbanları çöldәn gәlәn mәscidin,
Boy atdığına şaşardım…
Bu dәniz yüklü havada
Nәdәnsә boy atmadı heç cür
Ən gözәl yerinә sancılan
İrili-xırdalı mәzar daşları,
Bәlkә dә, ölülәr belә istәyir.
İÇƏK!
Şükür, bir yerdәyik!
Sağlığından xәbәr gözlәdiklәrimiz yanımızda
Vә aramızda uzun zamandır
Üzünü görmәdiklәrimiz!
Kimimiz hәbsdәn dönmüşük,
Kimimiz sürgündәn!
Bu axşam kefimiz yerindә,
Gündәlik dәrdlәrdәn sıyrılmışıq,
Necә qazanıldığını unutmuşuq pulun-paranın
Əlimiz çox açıq:
Xәrclәyәk nәşәmiz üçün!
Ən yaxşısı gәlsin şәrabın,
Bol-bol olsun mәzәlәr!
Qarovulsuz ötüşür axşamımız demәk,
Kilidsiz, dәmir barmaqlıqsız;
İstәsәk, burda kәsib söhbәtimizi
Çıxarıq qol-qola qandalsız.