Page 185 - Turk_Edebiyyati_Antologiyasi
P. 185
185
KAİNAT
Ey buludları uçuşan göy,
Qoxusunu duyduğum bahar,
Ey gözlәrdәn gizli tәbiәt, Ziya
Gözlәmәk nәyә yarar?
Ey külәk, Osman
Mәsafәlәri içimә tök!
Qoy gedim, burax mәni, hәyat
Qoy gedim… Qatar, gәmi, kainat…. Saba
KİM BİLİR
İlk yağış damсısı düşdü
Quru yarpağına payızın.
Ardınca qış-qiyamәt,
Dәrd, hüzün.
Alın yazısı hamısı… Qismәt…
Nә yazı, nә qışı gecә vә gündüzün,
Kim bilir, neçә günü qaldı
Ömrümüzün?
UŞAQ GÜLÜŞLƏRİ
Uşaq gülüşlәri… ilk gülüşlәr, şirin, kövrәk,
Elә bil dilә gәlir әtrafda bütün әşya.
Divarlarda rәsmlәr, dibçәkdә açan çiçәk,
Pәncәrәnin içinә quşlar girmişkәn rәng-rәng.
Gülmәk… Sәhәr – günәşә, axşam – damdakı Aya,
Qış daha bir sevinckәn, qar dәnәsi – kәpәnәk.