Page 182 - Turk_Edebiyyati_Antologiyasi
P. 182
Türkiyə ədəbiyyatı antologiyası
182
GÜN ƏKSİLMƏSİN PƏNCƏRƏMDƏN
Nә doğan günә hökmüm keçәr,
Nә halım bilәn tapılar.
Ah, fikrimdәn ölümüm keçәr,
Sonra bu quş, bu bağça, bu nur.
Vә könül tanrısına deyәr ki:
– Qorxum yox verdiyin әlәmdәn,
Hәr möhnәtә dözәrәm, yetәr ki,
Gün әksilmәsin pәncәrәmdәn.
1936
ÖLÜMDƏN SONRA
Öldük – ölümdәn nәlәrsә umaraq,
Bir böyük boşluqda pozuldu ovsun.
Yadında deyilmi o türkü, dostum,
Göy parçası, quş tükü, budaq dәsti –
Alışdığımız bir şeydi yaşamaq.
İndi o dünyadan heç bir xәbәr yox,
Yox bizi arayıb soran kimsәmiz.
O qәdәr qaranlıqdır ki, gecәmiz,
Vardımı, yoxdumu pәncәrәmiz,
Arxasında әksimizdәn әsәr yox.
ƏZİZ ANAM
Bir gün kәndimizә gәlәndә
Nәsә bir şey sezsәn halımda
Heç şaşmayasan, әziz anam.
Başımı qoyub dizlәrinә,