Page 180 - Turk_Edebiyyati_Antologiyasi
P. 180
Türkiyə ədəbiyyatı antologiyası
180
Nәdir gәzdiklәri, görәsәn, yaz-qış
Hәr gün bu şәhәrin daş yollarında.
Sanki yalvaran bir duadır onlar,
Bәlkә, tanrılara açıq vәsvәsә,
Bir çaydı, bir çaydı, hәr axşam axar,
Dәrindәn ruhları çağıran sәsә.
KÖPÜK
Oyun bitdi vә hәr şey yerini tutdu,
Axşam düşdü – qarımış qızlar ana oldu.
1
Güzgülәrә baxma – güzgülәr fәnalıq ,
Dәnizi, sonsuz olanı düşün artıq.
Bir gün mәni xatırlaya bilәrsәn ancaq.
Gözәlsәn, soyuna bilәrsәn çıl-çılpaq.
Oradayam hәlә mәn, orada, dәrindә,
Gәmilәrin ixtiyar köpüklәrindә.
BÖYÜK OLSUN
Mәn böyük şәrqilәri sevirәm – böyük olsun,
Dәniz kimi, göy üzü kimi hәr şey vә mәhzun.
Sevirәmsә sәni, eşq ölümsüzdür könlümcә,
Aşiqәmsә, qadınım deyil, tanrıçasan, kraliça.
Dәnizlәr sәfәrә çağırır durmadan mәni,
Getmәrәm, düşündükcә geri dönәcәyim günü.
Mәn böyük külәklәri sevirәm – böyük olsun,
Eşqim dә, hәsrәtim dә hamısı, hәr şey vә mәhzun.
İnsan bir yanıyla Kәrәm misalı yanmalı,
Yuxudan belә mәhşәr günü oyanmalı.
1 Fәnalıq – pislik, bәdbәxtlik