Page 179 - Turk_Edebiyyati_Antologiyasi
P. 179
179
QAR
Qardır yağan üstümüzә gecәdәn,
Yağışlı, qaranlıq bir düşüncәdәn,
Meşәnin uğultusuyla birlikdә,
Vә dördnala dümdüz bir mavilikdә
1
Qar yağır üstümüzә incәdәn . Əhməd Mühib Dranas
Sәsin harda qaldı, hәrgünkü sәsin,
Unudulmuş gözәl mahnılar üçün.
Bu qar gecәsindә uzaqdan, yoldan,
Külәk kimi ta qәdim Anadoludan,
Sәsin harda qaldı? Qar içindәsәn!
Nә sәhәrdir bu mavilik, nә axşam!
Oyandırmayın mәni, qalxa bilmәrәm.
Qeyb olan sevdiklәrimiz xәtrinә
Yağsın qar üstümüzә buram-buram.
Buğlandıqca üzәri hәr aynanın,
Bәyaz varlığında bu saf röyanın,
Göyә uzanar tәk-tәnha bir qamış,
Mәhz unutmaq üçün, unutmaq, ey qış!
Böyük yalqızlığını dünyanın.
ADAMLAR
Sönmüş saçlarında son damcı işıq,
Bir röya içindә sanki hәr axşam.
Vә sifәtlәri duman tәki dağınıq –
Keçәr bu küçәdәn minlәrcә adam.
Ümid – gözlәrindә ölü bir baxış,
Haray – bir sәrt düyün dodaqlarında,
1 İncәdәn – incә-incә, zәrif-zәrif, asta-asta