Page 176 - Turk_Edebiyyati_Antologiyasi
P. 176

Türkiyə ədəbiyyatı antologiyası
      176
                  XXI ƏSRİN İNSANLARINA ŞEİRLƏR


                                          I
                     Əyyub sәbriylә gözlәdim
                     Sәhәri olmayan gecәlәrdә.
                     Gül budaqları әvәzinә dәmir çubuqlar vardı,
                     İçinә çәkilmiş pәncәrәlәrdә


                     Dörd uzun il boyunca
                     Çöldә sonsuz tәbiәt
                     Ağlı başdan alan әtriylә
                     doldurdu yolları,
                     Hәr bahar göyün qapılarında
                     Nәğmәlәr oxudu tarla quşları.

                     Ağappaq buludlar keçdi xәbәrsiz
                     Aşiqliyimdәn, şairliyimdәn,
                     Bahar yağmurları mәnsiz yağdı,
                     Göy qurşağı çıxdı mәnsiz.


                     Əyyub sәbriylә gözlәdim
                     Gübrәliyindә günlәrimin,
                     İnsanlar olmadı fәrqindә
                     Ən kiçik hünәrimin.
                     Nә dә bir kimsәnin oldu xәbәri
                     varlığımla yoxluğumdan,
                     Yalnız bir yaz sәhәrinә oxşayan körpәliyimdәn
                     Göyqurşaqları gәlәrdi әylәndirmәk üçün mәni.
                     İçindә çıl-çılpaq çimdiyim dәrәlәr
                     Söylәrkәn qulağımın dibindә layla,
                     Bir bahar sәhәri kimi gözәl körpәliyimin
                     Sınıq beşiyinә başımı qoyub
                     Oyanmadan günlәrcә yatardım.
                     Umudumu – dodaqlarında böyük türkülәr,
   171   172   173   174   175   176   177   178   179   180   181