Page 198 - Turk_Edebiyyati_Antologiyasi
P. 198

Türkiyə ədəbiyyatı antologiyası
      198
                     Göz yaşlarından sonra gәlәn xatirәlәr kimi
                     Ruha damcılayan mavi ulduzları görmәk.

                     Görmәk, bir kor kimi içindәn görmәk,
                     Əllәrә dәyәn mәnzәrәlәri.
                     Vә yenә bir kor kimi әllәrlә yoxlayaraq
                     Görmәk çiçәklәri, görmәk baharı.

                     Görmәk qızılı quşları ki, uçar şeirlәrdә,
                     Vә parlayar vәzn kimi ruhun havasından keçәrkәn.
                     Görmәk mәsafәlәrdә qәlbi,
                     Vә görmәk güzgülәri, “yaşayırammı” deyәrkәn.


                     Uzaqdan keçәn bir qayıq ki, bәmbәyaz,
                     Bәmbәyaz görmәk әngini, bir sәs qәdәr.
                     İçindә vücudunu hiss edәrәk
                     Görmәk bir mәzarı hәr kәs qәdәr.


                     Görmәk bir durbinin tәrsiylә uzaqdan,
                     Bir bağça, bir heykәl, bir hovuz.
                     Görmәk, dәrin dәnizlәrdә üzәn kimi görmәk,
                     Mavi şәfәqlәri ki, eşq qәdәr sonsuz.

                     Görmәk, uşaqlığın yataqları qәdәr isti hisslәrlә
                     Ən uzaq xatirәlәrin әn gözәl yerini.
                     Görmәk, keçib gedәn bütün hәyatı görmәk,
                     Vә düşünmәk sәni, düşünmәk sәni…



                                      OYUN


                     Kaş oynayaq
                     Biri ulduz ola,
                     Biri mәn olam.
   193   194   195   196   197   198   199   200   201   202   203