Page 199 - Turk_Edebiyyati_Antologiyasi
P. 199
199
Kaş oynayaq,
Gәlә gecәnin biri.
Çağıraq gündüzün birini,
Biri mәn olam.
Kaş oynayaq,
Eşidәm yeni doğulan çağanın sәsini,
Aparam Fazil Hüsnü Dağlarca
Ulduzun birinә.
SULAR BİZDƏN AĞILLIDIR
Sular bizdәn ağıllıdır – daha әvvәl görәr axşamı,
Enәr havadan әvvәl qaranlığa.
İri balıq kimi ortadan yox olar
Qaçışarkәn heyvanlar dağa.
Sular bizdәn ağıllıdır, mәmnun olar
Yalnız ağaclardan.
Başqa insanlardan deyil,
Bizi yalqız qoyan.
Sular bizdәn ağıllıdır, uyumaz,
Açar maviliyә iri gözlәrini.
Vә gözlәr ölüm sirri içindә
Öz hәyatının yerini.
TANRI VƏ MƏN
O
İşinin ozanı
Mәn
Tanrısıyam işimin.