Page 216 - Turk_Edebiyyati_Antologiyasi
P. 216
Türkiyə ədəbiyyatı antologiyası
216
XII
Pәrvanәni öpdü, sevdi
Yaralı türkü söylәtdi ona
Mәnsә axşamın qoca dәnizinә doğru
Endim, ürәyim yaralı.
DƏNİZ
Dәniz
Budur, әsir külәklәr
Dәniz
Daş ocağı günün
Dәniz
Lalә toxumu qoxuyur
Dәniz
Ağı dinlәdim ondan
Dәniz
Quş cildindә
Dәniz
Biganәlik, laqeydlik…
XATİRƏ
Bir cüt göyәrçin havalana
Cürbәcür qoxuya qәrәnfil
Yox, yox, xatırlanacaq şey deyil bu
Birdәn-birә gәlir ağlıma
Hardasa gün doğacaqdı
Hәr kәs kimi qalxacaqdınız
Bәlkә, yuxunuz çәkilmәmişdi hәlә
Gecәniz gәlir ağlıma