Page 217 - Turk_Edebiyyati_Antologiyasi
P. 217
217
Sevdiyim çiçәk adları kimi
Sevdiyim küçә adları kimi
Bütün sevdiklәrimin adları kimi
Adınız gәlir ağlıma
Rahat döşәklәrin utanmağı bundan
Öpüşәrkәn o dalğınlıq bundan
Tikanlı mәftilin ilgәyindә görüşәn Melih Cövdət Anday
Barmaqlarınız gәlir ağlıma.
Nә qәdәr eşqlәr, dostluqlar gördüm
Qәhrәmanlıqlar oxudum tarixdә
Zәmanәmizә yaraşan adi vә sadә
Davranışınız gәlir ağlıma
Bir cüt göyәrçin havalana
Cürbәcür qoxuya qәrәnfil
Yox, yox, unudulacaq şey deyil bu
Çarәsiz gәlir ağlıma.
İTİK
Sәn vә mәn vә mavi pәrdәdәn
Tәpәlәriylә şüşәnin rәngi
Burda soyunmuşdun әynini
Burda enmişdin gecәdәn.
Xoşbәxt olmadığın barәdә dediyini
Haraya qoymuşdun ki.
İndi anlat mәnә bilmәdәn
Gecәni, görmәdiyimiz gecәni.
1989