Page 225 - Turk_Edebiyyati_Antologiyasi
P. 225

225




               Mötәrizә içindәki tire –
               Nә varsa orda
               Ümidi, qorxusu, göz yaşı, sevinci
               Nә varsa orda.

               O indi kitablarda
               Bir tirelik yerdә dustaq
               Hәlә yaşayırmı? – Oorunammaz ki,                      Behcət Necatigil
               Öldürә bilәrsiniz.



                           SEVGİLƏRDƏ


               Sevgilәri sabahlara saxladınız
               Çәkingәn, utancaq, sayğılı
               Bütün yaxınlarınız
               Sizi yanlış tanıdı.

               Bitib-tükәnmәz işlәr üzündәn
               (Siz belә olmağını istәmәzdiniz)
               Bir baxış belә yetәrkәn anlatmağa hәr şeyi
               Qәlbinizi dolduran duyğular
               Qәlbinizdә qaldı.

               Siz dünyanın gen vaxtına ümidliydiniz,
               Ar gәlirdi dar zamanda sevgini söylәmәk.
               İllәrin tәlaşlarda bu qәdәr yeyin
               Keçәcәyi ağlınıza gәlmәzdi.
               Gizli bağçanızda
               Açan çiçәklәr vardı
               Gecәlәrdә vә yalqızdı.
               Az sayıb vermәdiniz,
               Yaxud da vaxt olmadı.
                                                           1955
   220   221   222   223   224   225   226   227   228   229   230