Page 226 - Turk_Edebiyyati_Antologiyasi
P. 226
Türkiyə ədəbiyyatı antologiyası
226
BAŞSAĞLIĞI
Mәn uzaqlarda olmalıyam, çox uzaqlarda
Acılar unudulduqdan sonra
Dönmәliyәm.
Ölümlәrin qarşısında çaşıb qalıram:
Nә deyim ki,
Düşüncәyә dalıram.
Qalanları ağlayır gedәnin
Mәnim gözlәrim quru
Hәr kәs mәnә baxır; oxuyuram
İçlәrindәn keçәnlәri.
Başsağlığı dilәmәk
Mәnә qәribә gәlir.
Ölәn öldü, sәn yaşa –
Kiçiltmәyә bәnzәyir.
Mәni belә elәyәn kitablardımı, yoxsa nә?
Kağızlarda gedәnlәrә kәdәrlәnib ağlayan mәn
Hәyatdakı ölümlәrdә büt kimi dururam.
Mәn canavar ruhluyammı?
Ölü evindә bir kәlmә söylәmәdәn
Büt kimicә dururam.
Heç kәs anlamaz dәrdimi
Mәn uzaqlarda olmalıyam, çox uzaqlarda
Bir yaxınım ölüncә.