Page 234 - Turk_Edebiyyati_Antologiyasi
P. 234
Türkiyə ədəbiyyatı antologiyası
234
DAĞ BAŞINDA
Mәni bir dağ başında belә tәk-tәnha qoydular,
külәklәrә, quşlara, buludlara yaxın,
sәnin әtindәn, dırnağından ayrı,
sәnin qoxundan uzaq.
Mәnim gözәlim,
mәnim ceyran baxışlım,
mәnim beynimin atәşi,
ürәyimdәki.
Mümkündümü bu anda külәk olmaq, quş olmaq,
bu anda üç-dörd portağal almaq, gәtirmәk sәnә
sәnә duzlu badam,
balqabaq çiyidi.
Bu anda heç bir şey mümkün deyil.
Bu anda hәr şeydәn ayrı, hәr şeydәn uzağam mәn.
Bu anda sadәcә yalqızlıq vә qәhәr.
Xeyr, gözәlim,
Xeyr, ceyran baxışlım,
xeyr, beynimin atәşi, xeyr.
xeyr, ürәyimdәki.
Bu anda mümkün vә gözәl olan tәk bir şey var:
Yanaraq sәni sevmәk.