Page 244 - Turk_Edebiyyati_Antologiyasi
P. 244
Türkiyə ədəbiyyatı antologiyası
244
DÜNYANIN BÜTÜN ÇİÇƏKLƏRİ
(ixtisarla)
“Mәnә çiçәk gәtirin, dünyanın bütün
çiçәklәrini bura gәtirin”
Kәnd müәllimi Şefik Sınğının son sözlәri
Dünyanın bütün çiçәklәrini deyirәm,
Bütün çiçәklәri gәtirin bura,
Şagirdlәrimi gәtirin, gәtirin bura.
Qaya diblәrindә açmış nәrgizlәrә oxşayan
Bütün kәnd uşaqlarını gәtirin bura.
Son dәrsimi deyәcәyәm onlara,
Son nәğmәmi söylәyәcәyәm,
Gәtirin, gәtirin... vә sonra ölәcәyәm.
Dünyanın bütün çiçәklәrini deyirәm,
Çöl vә dağ çiçәklәrini istәyirәm,
Talelәri mәnә oxşayan –
Tәnhalıqda açarlar, heç kәs görmәz onları,
Geniş ovalıqda yox olar qoxuları…
Yurdumun sevgili vә adsız çiçәklәri
Hamınızı, hamınızı istәyirәm – gәlin, görün mәni,
Torpağı necә örtәrsiniz, elәcә örtün mәni.
…Dünyanın bütün çiçәklәrini deyirәm,
Mәktәbin divarı çökdü, altında qaldım,
Ancaq mәn dünya üstündәyәm – torpaqda,
Yay-qış nәsә söylәyәn sonsuz torpaqda.
Çilә çәkdim, tәnha qaldım, ancaq yaşadım,
Bilir bunu bağlar, qayalar, kәndlәr bilir.
İndi susdum, örtün mәni, yatırın bura,
Dünyanın bütün çiçәklәrini gәtirin bura.
1950