Page 245 - Turk_Edebiyyati_Antologiyasi
P. 245

245




              MİS DÖVRÜNDƏN QALMA TƏPƏ


               Qızıl külüngü enәr min illәrlә әvvәlә,
               Düzәr sevinclәrini arxeoloq:
               Yağdanlar, iynәlәr, küpdә qovrulmuş buğda…
               Amma nә әl qalıb, nә ayaq,
               Nә can izi, nә türkü, nә yığnaq.                      Ceyhun Atuf Kansu
               Əllәr hanı, su daşımışdılar kuzәlәrdә,
               Hörәn, toxuyan, tikәn әllәr.
               Toxumları arıtlayıb üyüdәn
               Əllәr hanı – iki daş arasında un edәn buğdanı?

               Bizim kurqanımız da qazılar bir gün sevinclә
               Fizika alәtlәri, astronomiya cәdvәllәri,
                                          uran atomları…
               Ancaq tapılmaz әllәrimiz, ayaqlarımız, gözlәrimiz
               Nә can izi, nә türkü, nә yığnaq.

               Hanı sevişmәyimiz, yaxşı, o ilıq gecәni tapın,
               Hanı döyüşmәyimiz, yaxşı, tozlu dәfinәni tapın,
               Qızındığımız odu, üşümәmiz, paltarlarımız,
               Hanı hәyatımız, onu tapın.

               Tәpәnin üzbәüzündәki kәnd evlәri,
               Kirkirә daşı, dibәk daşı, ağac beşik,
               Çәmәn yenidәn yaşıllaşır, allar içindә,
               Qollarını batan günәşә açan körpә,
               Əllәrimiz, hәyata qatdığımız,
               Yaşıllaşan tәpәlәr üzәrindә hәr gün yenidәn,
               Can otu nәfәsimiz,
               Yüz illәri aşa-aşa ayaqlarımız,
               Hәyata qatdığımız;
               Can izi, türkü, yığnaq!
                                                           1960
   240   241   242   243   244   245   246   247   248   249   250