Page 386 - Sela
P. 386
İLO XOSE SELA
Kandido Kalsado Bustos udqundu. Art-kafenin sahibәsi

onun nikbinliyini bölüşmürdü.
– Yox, don Kandido, o çox yaşamaz. Zavallı don Mamedi

hәyat xeyli üzüb...
– Elәdi, baxarıq!
Art-kafenin sahibәsi, әyalәtdәn gәlәn gәnc vә hәrdәn

vur-tut başını yırğalayan sevgilisi Rosaurita arasındakı
söhbәt günortaya, ya әgәr don Mamed üçün o qәdәr rәzillik,
aclıq vә dәrd hesablamış köhnә saatlara inansaq, birә iyirmi
beş dәqiqә işlәmişә tәsadüf edirdi.

Hәddәn artıq böyük saatlarda, göy cisimlәrinin hәrәkәtini
tәnzimlәyәn lap iri saatlarda qәbir soxulcanlarının don
Mamedin duzlu şirәlәrini vicdanla sorub, dostları, don
Leonsio Kiros Rodrigesin dul qadını Rosaura Ruis de
Lasaro ilә, tәsviri sәnәtin pәrәstişkarı, Madridi, Allah bilir,
hansı silahla fәth elәmәyә әyalәtdәn gәlmiş Kandido Kalsado
Bustosun ona on sәkkiz pesetә aldıqları yaşıl-qırmızı rәngdә
saçaqlı qalstukuna haçan girişәcәklәri bütün dәqiqliyiylә
nәzәrdә tutulmuşdu.

Bәlkә, elә hәmin vaxt mәhz 1953-cü il martın onu
günorta idi. Hәr şey mümkündü, gördüklәrimizin yanında
bu nәdir ki.

Madrid, 10 mart 1953-cü il.

386
   381   382   383   384   385   386   387   388   389   390   391