Page 162 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 162
Görcö nÿsri antologiyası
– Mәn getmirәm, Vano...
Bu cavab Sandronun özü üçün o qәdәr gözlәnilmәz idi ki,
hәtta bir anlığa qorxuya düşdü, amma demәk olar, dәrhal
qәribә yüngüllük hiss elәdi, sanki o sürüşkәn mayenin içindәn
çıxdı, dәrindәn nәfәs aldı, ciyәrlәri tәmiz, sәrin havayla doldu.
Qәfildәn hәr şey özünә qayıtdı, әşyalar adi formalarını aldılar,
sevinc dolu tәәccüblә dizlәrindәki ağrının kәsdiyini,
qızdırmasının azaldığını duydu.
– Necә yәni getmirsәn?! – Vano heyrәtlәndi. – Görünür,
qızdırman qalxıb.
– Yox, özümü yaxşı hiss elәyirәm... – Sandro gülümsәdi.
– Sәni güllәlәyәrlәr, qardaş... Qocori vә Tabaxmelanı
bağışlamazlar...
– Güllәlәyirlәr, güllәlәsinlәr, lәnәtә gәlmişlәr!
Vaniçka başa düşdü ki, Sandro artıq qәbul elәdiyi qәrarı
dәyişmәyәcәk. Neylәyәcәkdi, onu zorla dartıb aparacaqdı?
Әlacsız halda әlini yellәyib geri döndü, cәld addımlarla
paroxoda doğru getdi...
Sandro Qoquadzenin pillәkәnlә qalxdığını, biletini
göstәrdiyini, bir dәfә dә olsun, arxaya baxmadan gәmiyә
mindiyini gördü.
Qәfildәn limanda qulaqbatırıcı qışqırtı vә fit sәsi eşidildi.
Göyәrtәdә üç nәfәr – ağ saqqallı әzәmәtli qoca, smokinq
geyinmiş qarabığlı kişi vә dazbaş general göründü. Onlar
çaşqın halda gülümsәyә-gülümsәyә qaynaşan izdihama
baxırdılar, amma qulaqbatırıcı sәs-küyün kәsilmәdiyini görüb,
nә barәdәsә danışdılar, sonra mәhәccәrdәn aralanıb gözdәn
162 itdilәr.
Sandro qaynaşan izdihama baxan adamların hәyәcanlı
sifәtinә nәzәr sala-sala bir qәdәr oturdu, biletini matrosların
pillәkәnә yaxın buraxmadıqları bir uşaqlı qadının ovcuna
qoydu, axsaya-axsaya limandan keçib küçәyә çıxdı.