Page 161 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 161
Nuqzar Øataidze
basırıq yaranmışdı. Vidalaşırdılar: kimi ağlayır, kimi gülür,
kimi dә sadәcә kәdәrli halda dayanıb göyәrtәdәki sәrnişinlәrә
baxırdı.
Sandro limanın qara rәngli hasarı üstündә әylәşib ağrıyan
qıçlarını ovuşdurdu. O, yenidәn әrtafdakı namәlum dumanın
әsiri oldu: hәr şey formasını itirir, yayğınlaşırdı.
Qoquadze jiletinin cibindәn saatını çıxararaq, açıb baxdı.
– Saat neçәdir? – Sandro soruşdu.
– Yarım saatdan sonra yola düşürük.
Susdular.
Vaniçka Sandronun qıçlarının ağrısının keçәcәyini
gözlәyir, tanış tapmaq ümidiylә sәrnişinlәrә göz qoyurdu, hәtta
şlyapasını götürüb kimisә salamladı.
Sandronun ovqatı korlandı, qәribә tәrzdә halsızlaşdı, indi
ona elә gәlirdi ki, ölmәk qalxıb gәmiyә minmәkdәn daha
asandır.
“Axır vaxtlar nәsә ruhdan düşmüşәm”, – qәfildәn Aka -
kinin sözlәri yadına düşdü, o mәhәccәri barmaqları ağrıya -
nadәk sıxdı.
İndi ona elә gәlirdi ki, vәtәni bu dәmir mәhәccәrdir.
Onun vәtәni bu nәhәng dәniz, qәribә qoxular hopmuş sәrin
hava, balıqçı qayıqları üzәrindә çığırışan qağayılar idi...
Onun vәtәni Kartlinin otlu yamaclarındakı öküz qoşulmuş
xış, şirin “Horavel”, göyә millәnmiş sığırçınların asta
cikkiltilәriydi... Nәhayәt, onun vәtәni mayor Quramişvili vә
topçularının ölüm әrәfәsindә yediklәri bir çimdik torpaq idi...
Tәrlәyib rәngi qaçmış halda dәmir dirәkdәn elә bәrk-bәrk
yapışmışdı ki, elә bil kimsә onu zorla qoparıb aparmaq 161
istәyirdi. Barmaqları ağrıyırdı, az qala, dırnaqları altından qan
axacaqdı, amma barmaqlarını açmırdı – indi bu dirәk eyni
zamanda onun vәtәni vә boğulan adamın yapışdığı saman
çöpüydü.
– Qorxma, Sandro, – Qoquadze dillәnib yanında çömәldi, –
gәmidә mütlәq yaxşı hәkim tapılacaq, minәn kimi baxıb
dәrman verәr.