Page 156 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 156
Görcö nÿsri antologiyası
Dazbaş general әl-qolunu oynada-oynada, coşqun halda nәsә
danışır, o birilәr susurdu.
Yunqa bir müddәt yad dildә gedәn söhbәtә qulaq asdı, ona
elә gәldi ki, hәmin iki senyor da onun kimi generalın nә
dediyini başa düşmürlәr. Sonra kiçik mәcmәyini masanın
üstünә qoyub fincanlara qәhvә süzdü, sәs salmamağa çalışaraq
çıxdı.
Şәhәri gecәnin qorxunc sükutu udmuşdu. Evlәrdәn sәs-
sәmir gәlmirdi: işıqsız, möhkәm örtülmüş pәncәrәlәrdә lal
sükut vardı.
Bir neçә gün bundan әvvәl Kazım bәy Artvini tutmuş,
1
gürcülәrә kömәk adı altında böyük ordu ilә Batumiyә girmişdi.
Gürcülәrsә “Oriyent” mehmanxanasının restoranında
oturub içirdilәr.
Müharibәni uduzmuş gürcülәri süfrә arxasında görmәyәn -
lәr bu mәnzәrәni çәtin tәsәvvür elәyә bilәrlәr: dinmәzcә,
acgözlüklә, hәm dә qәribә bir inadla içirdilәr. Sükutu yalnız
qab-qacağın taqqıltısı, bir dә “Allahverdi”, “Yaxşı ol” kәlmә -
lәri pozurdu. Mәclisә mәşhur Telavi tamadası Karanqozaşvili –
orta yaşlarında kişiydi – başçılıq elәyirdi, qalanları cavan
idilәr.
Hәrbi mәktәbin kursantı Sandro Lomouri içmirdi: onsuz
da, bәrk qızdırma içindәydi, ona elә gәlirdi ki, hәr şey dәnizin
dibindә baş verir – süfrә arxasında әylәşmiş dostları
dodaqlarını balıq kimi sәssiz-sәmirsiz tәrpәdir, özü isә
namәlum bulanıq-sürüşkәn mayenin içindә batır, get-gedә
kiçilib yox olur. Amma tamamilә yox olduğu әrәfәdә
156 ağlagәlmәz möcüzәylә yenidәn boy atmağa başlayır,
başgicәllәndirici sürәtlә böyüyür, demәk olar, Yer kürәsi qәdәr
nәhәng olur. Hәmin mәqamda hәr taqqıltını, hәr kәlmәni
eşidir, ona elә gәlirdi ki, hәmin sözlәrin arxasındakı hәr hansı
fikri xüsusi aydınlıqla dәrk elәyir.
İndi süfrәdәki dözülmәz sükutu yalnız Karanqozaşvilinin
sәsi pozurdu. O, bolşeviklәrlә müharibәdәn bir epizod
1 Kazım Qarabəkir paşa – Türkiyə azadlıq hərəkatının qəhrəmanlarından biri