Page 155 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 155
Nuqzar Øataidze
İKİ DOST
әğlub olmuş ordu qәrbә doğru geri çәkilirdi. Gün -
1
Mdüzlәr qar yağır, axşamlar şaxta olur, amma düşmәn
qarşısındakı qorxu ocaq qalamağa imkan vermirdi, buna görә
dә islanmış vә әldәn düşmüş әsgәrlәr hәtta gecәlәr dә dincә l -
mirdilәr.
Yorulmuş vә inamını itirmiş ordu gündәn-günә әriyirdi:
istidәn, isti yemәkdәn ötrü darıxmış döyüşçülәr әmri gözlәmә -
dәn qaçıb evlәrinә dağılışırdılar.
Bir neçә gün bu cür davam elәyәndәn sonra hava bir az
istilәşdi, qar әridi, amma şimaldan yenә qara bulud gәlib sәma -
nı bürüdü, әtrafda hәr şey tutqunlaşdı. Fevral qarı mart palçığı
ilә әvәz olundu. Hәr yer palçıq idi, yollar keçilmәz olmuşdu.
Batumidә dә hava tutqun idi. Şәhәr gözişlәmәz qalın
duman içindә itib-batmışdı. Tutqun sәmadan islaq qar dәnәlәri
dәnizdәn çıxmış sürüşkәn meduzalar kimi ağır-ağır tökülür,
bulvar boyu cәrgәylә düzülmüş maqnoliyaların budaqlarında
әriyirdi.
Dәniz hәyәcanlı intizarla donub-qalmışdı.
Limanda “Kirali” adlı İtaliya sәrnişin gәmisi dayanmışdı.
Oradan sәs-sәmir gәlmirdi. Göyәrtәdәki bir neçә fәnәr әtrafa
xoşagәlmәz sarımtıl işıq yayırdı.
Mәtbәxdәn әlindә mәcmәyi olan qaraşın, qıvrımsaç yun -
2
qa çıxdı, xalı salınmış ensiz dәhlizdәn keçib kayutların birinin
qapısını döydü.
– Entrez! – içәridәn sәs gәldi. 155
3
Yunqa qapını açıb içәri girdi.
Üç kişi – ağ saqqallı ucaboy qoca, smokinq geyinmiş kişi
4
vә dazbaş general masanın üstünә sәrilmiş xәritәyә baxırdılar.
1 Hadisələr 1921-ci ildə Batumidə baş verir.
2 Yunqa – matros şagirdi
3
Gir içəri (frans.).
4 Gürcüstan milli hökumətinin üzvləri