Page 158 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 158
Görcö nÿsri antologiyası
– Deyilәnә görә, bolşeviklәr güllәlәnәcәk adamların
siyahısını tuturlar...
Sandro qәhqәhә çәkib güldü.
– Gül, gül, onlar sabah-birigün gәlәndә görәrsәn!
Sandro mәsәlәnin ciddi olduğunu indi anladı, taxtın
üstündә oturdu.
– Bәs indi neylәyәk?
Vaniçka stul götürüb Sandroyla üzbәüz әylәşdi:
– Nә qәdәr gec deyil, xaricә getmәk lazımdır, burada
qalmağa dәymәz...
...Onlar Batumiyәdәk Vaniçkanın әmisi oğlunun komandir
olduğu zirehli qatarla getdilәr. Çatan kimi öyrәndilәr ki, üç
gündәn sonra limandan İtaliya paroxodu çıxacaq, sәrnişinlәri,
o cümlәdәn Gürcüstanın yıxılmış hökumәtini Marselә
aparacaq.
Alfes “Kirali”nin üçüncüdәrәcәli kayutuna iki bilet
tapmağa kömәk elәdi, yola düşәnәdәk dә “Oriyent” mehman -
xanasında yer aldılar.
Şәrab öz işıni gördü. Yunkerlәr mahnı oxumağa başladılar.
Restoranın xidmәtçilәri mәtbәxin qapısı ağzına yığışıb tәbәs -
sümlә baş verәnlәrә baxırdılar.
Sandronun gözlәri qarşısında Tabaxmela yaxınlığındakı
qarlı düzәnlikdә qazdıqları sәngәr canlandı, ikinci ehtiyat
taboru vә yunkerlәr korpusu orada möhkәmlәnmişdi.
Düşmәn topları onların mövqelәrinә tuşlanmışdı.
Mәrmilәrin biri lap yaxınlıqda partladı, qarda iri çuxur
yarandı. Yaş torpaq qoxusu gәldi, yaddaşının dәrinliklәrindәn
158 lap çoxdan, uşaq vaxtı kәnddә gördüyü mәnzәrә üzә çıxdı:
öküz xışı al-әlvan, çobanyastığı, lalә bürümüş yamacla dartır,
külәksә oradan şirin “Horavel”in sәdalarını gәtirir,
sığırçınların nәğmәsi başını gicәllәndirir... “Tezliklә bahar
gәlәcәk”, – Sandro fikirlәşdi vә hәmin mәqamda heyrәtamiz
rahatlıq duydu.
Musiqi sәsi onu özünә gәtirdi: düdükdә lekuri çalırdılar.
Tamaşaçılar әl çalır, rәqs elәyәnlәri hәvәslәndirirdilәr.