Page 160 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 160

Görcö nÿsri antologiyası

                   – Nә olub, batono Akaki, niyә kefiniz yoxdur? – Atası
               soru şub onunla üzbәüz әylәşdi.
                   – Eh, ürәyim ağrıyır, sizi son dәfә görürәm... – şair ağsaçlı
               başını geri atdı.
                   – Niyә sonuncu dәfә? – atası narahat oldu.
                   – Sabah Saçxereyә gedib, qayıtmayacağam...
                   Atası dinib-danışmadı.
                   Anası söhbәtә qarışdı.
                   – Niyә belә deyirsiniz, batono Akaki, axı bilirsiniz ki, әrim
               dә, uşaqlarım da sizi sevirlәr, niyә onları kәdәrlәndirirsiniz?
                   Akaki köksünü ötürdü, başını Sandronun yanında dinmәz -
               cә әylәşmiş bacısının çiyninә qoydu:
                   – Neylәyәsәn, özüm dә bu barәdә düşünmәk istәyirәm,
               amma hiss elәyirәm ki, sizi daha görmәyәcәyәm, ürәyim dә
               qana dönür.
                   Az sonra süfrә arxasında әylәşdik. Atası qonağı birtәhәr
               әylәndirmәyә çalışırdı, amma faydası yox idi. Akaki yenә
               sarsıntılı idi. O, boşqabına kiçik balıq parçası vә bir qәdәr
               yemәk qoydu. Vәssalam, daha heç nәyә әl vurmadı.
                   Hamı susdu. Hәtta uşaqlar da xoşagәlmәz bir şey hiss
               elәyib iştahdan düşdülәr.
                   – Nә olub, Akaki, bir yeriniz ağrıyır? – Atası soruşdu.
                   – Yox, әzizim, bәdbәxtlik dә elә bundadır ki, heç yerim
               ağrımır, amma nә bilim...  Axır vaxtlar nәsә ruhdan düş -
               müşәm...
                   İki hәftәdәn sonra Akaki Sereteli Sxvitoridәki evindә
               beyninә qan sızmasından öldü...
        160
                   ...Onlar Batuminin palçıqlı küçәlәriylә gedib dәniz
               kәnarına çıxdılar. Dәniz tәrpәnmirdi, ölü kimi uzanmışdı.
                   Sandro ilk dәfәydi dәniz görürdü, hәr şey – havanın tanış
               olmayan qoxusu çökmüş nәhәng su yığını, yenicә oyanmış
               qağayıların adamı bezdirәn kәskin fәryadı ona qeyri-adi,
               qәribә gәlirdi.
                   Limanda xeyli adam yığışmışdı. Gәmiyә minmәk
               istәyәnlәr çox idi, amma bir hissәsi bilet tapmamış, girişdә
   155   156   157   158   159   160   161   162   163   164   165