Page 697 - antologiya - poeziya_175x250_Layout 1
P. 697

Cÿfÿr Cabbarlû


            çalışırdı. Şәhәrdә maşın sürmәk üçün vәsiqәsi vardı, çox zaman tәkbaşına
            sürәrdi. Firuzә sükanın dalında oturub maşını işә salarkәn, Mәmmәd yenә
            tәәccüb içindә idi:
                – Әşi, bunlar nә edir!
                Mәmmәdin yanında oturub:
                – “Bunlar” kimdir? – deyә soruşdum.
                – Bizimkilәr dә! Hәlә dünәn, mәn gәldiyim gün buradan keçmişәm.
            Tanıdığım birmәrtәbәli köhnә bir evi sökürdülәr. Bu gün isә burada gözәl
            bir park salınmışdır, asfalt ağaclar, fontan... Bәlkә, iki günün içindә köhnә
            evi sökmәk, yeri düzәltmәk, hәtta asfaltlamaq vә ağac әkmәk o qәdәr dә
            tәәccüblü deyildir. Tәәccüblü orasıdır ki, dünәn әkilәn ağaclar, bu gün
            çiçәklәnmişdir vә tәzә yarpaqları ilә gözlәri oxşayır. Mәn hәlә dünәn Quba
            meydanından keçdim. Burası, vaxtilә Şәrq mәdәniyyәtsizliyinin әn
            nümunәvi bir mәrkәzi idi. Burada daima nәrildәyәn dәvәlәr yığıncaq     121
            qurardı. Uzun vә qısa saqqallı dәllallar o tәrәf-bu tәrәfә yüyürәrdi, dәrvişlәr
            dişsiz ilanlarını oynadaraq, imanın şücaәtindәn vә sahibәzzamanın
            uzunqulağa suvar olaraq zühur edәcәyindәn danışardı. Dünәn isә nә
            gördüm... Bütün o şәrq köhnәliyi aradan qaldırılmış, onun yerindә tәzә vә
            tәmiz bir bağ salınmışdır. Buradan yüzlәrlә maşınlar, tramvaylar, avtobuslar
            ötüb keçir. İnqilabdan qabaq tiryәk alveri vә tiryәk çәkmәyә mәxsus
            küçәlәri ilә mәşhur olan birmәrtәbәli Xanım karvansarası xarabalığı yerindә
            yeddimәrtәbәli böyük bir bina yüksәlmişdir.
                Firuzә öz sevimli nәğmәsini oxuyaraq, cәsarәtlә maşını idarә edir vә
            çoxmәrtәbәli gözәl evlәri bir-bir geridә buraxırdı.
                Mәmmәd Firuzәnin maşını idarә etmәsinә baxır vә deyirdi:
                – Bax, geridә qalmış avam bir qadın indi hәkimdir, maşın sürür. Bu
            inqilabdır; hәyatda inqilab, mәişәtdә inqilab, insanların şüurunda inqilab...
                Maşın altımәrtәbәli bir binanın ikinci qapısı önündә dayandı. Firuzә
            maşının açarını götürdü, ikinci mәrtәbәyә qalxdıq. Bir otağa girdik. Firuzә
            düymәni burdu, ev elektrik işığına qәrq oldu. Mәmmәd sevincindәn baxırdı.
            Tәmiz parket ayna kimi hәr şeyi özündә әks etdirirdi. Qaz peçlәri aynadan
            geri qalmırdı. Firuzә tez yüyürüb pәncәrәni açdı, böyük bir ağacın budağı
            içәri soxuldu vә sanki xoş bahar yeli ilә hәrәkәtә gәlәn tәzә yarpaqlar
            Firuzәni tәbrik etmәyә başladı.
                Firuzә, canlı insanlarla görüşmüş kimi:
                – Xoş gördük, xoş gördük, dostlarım! – deyә yarpaqların tәbrikinә
            cavab verdi.
                Mәmmәd gözlәrini vә ağzını geniş açaraq, otağın ortasında durub,
            hündür ağ sәqfә, pәncәrәlәrә, mebelә vә bütün gördüyü şeylәrә baxırdı.
   692   693   694   695   696   697   698   699   700   701   702