Page 700 - antologiya - poeziya_175x250_Layout 1
P. 700

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                        Firuzә qızarmış dodaqlarını nә üçünsә silәrәk, otağa girdi, nәşә ilә:
                        – Balaxanım xala, mәn әrә gedirәm, – dedi, – bax, nişanlım da
                    buradadır. Gәl, tanış ol!
                        Firuzә qarını çәkә-çәkә әl-üz yuyulan otağa apardı. Mәn qarının ancaq
                    son sözünü eşitdim:
                        – Nә olar, qızım, Mәmmәd dә özünә bir başqasını tapar.
                        Züleyxa şәn bir halda yüyürüb mәni qucaqlayaraq:
                        – Mәn dә başqasını tapdım, bax, bu kişini, – dedi.
                        – Yaxşı işdir, onlar orada öpüşsün, bunlar burada. Bәs biz adam-zad
                    deyilik, – deyә yenә Aslan zarafat etdi.
                        – O, sәnin işin deyil, – dedi, – tәsnifi muğamdan ayıra bilmәyәn hәr
                    uşağı, hәr iyirmi yaşlı bәstәkarı öpmәyәcәyәm ki...
                        – Odur ki, sәn öz gәlәcәk әrindәn başqa, hamı ilә öpüşәndә Nyuton
                    yerinә gah Arximeddәn, gah da Pifaqordan yapışırsan.
              124       – O, sәnin işin deyil...
                        Plastinka hәrlәndi, qız nәşә ilә yerindәn sıçrayıb, Aslana tәrәf yüyürdü
                    vә hamar, parlaq parket üzәrindә süzmәyә başladılar.
                        O biri otaqda ana ilә oğulun necә görüşdüyünü bilmirәm, ancaq onu
                    bilirәm ki, onlar otağa girәrkәn, Mәmmәdin üzü tәrtәmiz, Balaxanım xala
                    isә qulaqlarına qәdәr sabun köpüyünә bulaşmışdı. Mәn ayna ilә üzbәüz
                    oturmuşdum, qonşu otağın bir hissәsi bu aynada görünürdü. Firuzәnin,
                    böyük bir hәzlә әrinin üzәrinә odekolon sәpdiyini, bir-birinә baxdıqlarını,
                    Firuzәnin onu qucaqladığını vә hәrarәtli dodaqların bir-birinә yapışdığını
                    aydınca görürdüm.
                        – Nә olar, – deyә düşündüm, – sosializm öpüşә zidd deyildir...
                        Doğrusunu desәk, mәn qibtә edirdim. Mәn Firuzәni qısqanırdım.
                    Onların bәxtiyarlıqlarına, gәncliyinә, bәxtiyarlıqdan alışıb-yanan gözlәrinә
                    qibtә edirdim vә: “Neçin 28 yaşında deyilәm?” – deyә heyifsilәnirdim.
                        Züleyxa piano çalarkәn, Firuzә ilә Aslan parket üzәrindә süzәrkәn, ba -
                    la  ca Әsgәr güclә nәnәsini oynamağa dartarkәn, Mәmmәd yanımda oturdu
                    vә mәsud bir hal ilә yavaşca:
                        – İndi hәr şey mәnә aydındır, – dedi. – Bir baxın, doktor, köhnә Bakı
                    nә idi, indi nә olmuşdur! Bu, әvvәl nә idi, indi nә olmuşdur! Xam adam belә
                    şeydәn özünü itirmәzmi? Siz isә mәnim nәbzimi yoxlayırdınız. İqtisadiy -
                    yatda inqilab, hәyatda inqilab, mәişәtdә inqilab, insan şüurunda inqilab. Bu
                    inqilab tәbiәtin köhnә qanunlarını belә dәyişdirir. Çılpaq, qumlu düzlәri iki
                    gün içәrisindә yaşıl, çiçәkli bir bağa döndәrir. Onun sayәsindә ölü qәbiristan
                    belә canlanır, mәdәniyyәt vә istirahәt parkına çevrilir.
                        Mәmmәd doğru deyirdi. Lakin mәn ona mәslәhәt gördüm ki, sabahdan
                    aynanın yerini dәyişsin.
   695   696   697   698   699   700   701   702   703   704   705