Page 696 - antologiya - poeziya_175x250_Layout 1
P. 696

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                    yarıya qәdәr yumuldu, da¬yandı vә düşündü. Birdәn Mәmmәd titrәyәn
                    dodaqları ilә:
                        – Sәn burada yaşayırsan?
                        – Öz evimizdә yaşayıram, – deyә Firuzә hәyәcanını zorlayaraq cavab
                    verdi.
                        Mәn indi anladım ki, gәnclik öz әlvan rәnglәrini bu insanlara bәxş
                    etmişdir. Dodaqları gah qıpqırmızı qızarır, gah saralır, gah da kәtan kimi
                    ağappaq ağarırdı.
                        Mәmmәd gözlәrini geniş açıb, Firuzәyә dik baxaraq:
                        – Anam haradadır? Züleyxa haradadır? – deyә soruşdu.
                        – Bir yerdә yaşayırıq. Bizә pasyolkada mәnzil veriblәr. İndi gedәrik,
                    görәrsәn...
                        – Sәn mәni evinizә aparacaqsan?..
              120       – Mәn sәni öz evimizә aparacağam. Mәn tәәccüb edirәm, niyә sәn öz
                    evinә deyil, buraya gәlmişsәn?
                        – Mәn sәni axtarırdım. Bәs o Aslan kimdir?
                        – Gedәrik, görәrsәn, – deyә Firuzә gülümsәyәrәk cavab verdi:
                        – Mәn dә sizi maşınla apararam, – deyib әlavә etdim vә otaqdan
                    çıxdım. Qayıdarkәn işi başqa halda gördüm. Mәmmәdin üzü tamamilә
                    dәyişmişdi, gözlәri alışıb-yanırdı. O gülürdü. Firuzә isә göz yaşlarını
                    sezdirmәmәk üçün gözlәrini silirdi. Mәnә elә gәldi ki, o ağlayır, lakin
                    dәrddәn deyil, sevincindәn ağlayırdı.
                        – Hә, maşın hazırdır, gedirik? – deyә tәklif etdim. Mәmmәd ötkәm bir
                    sәslә:
                        – Gedirik, doktor! – deyә cavab verdi vә addımladı.
                        Mәn maşına minib sürmәyә hazırlaşırkәn, Mәmmәd sevinәrәk:
                        – Maşın özünüzündür? – deyә soruşdu.
                        – Bunu mәnә, sәrhәd boyuna yayılmış taun xәstәliyini tez vә
                    müvәffәqiyyәtlә tәsviyә etdiyim üçün mükafat vermişlәr.
                        Yüngül “QAZ” yeni asfaltın ayna sinәsindә axıb getdi. Çox sürәtlә sür-
                    mür vә hәrdәn qayıdıb ona baxırdım. O, heyrәtlә әtrafa baxırdı. Elektrik
                    işıqlarına qәrq olmuş küçәlәri, çoxmәrtәbәli yeni evlәri, küçәlәrdә nәşәli
                    qәhqәhәlәrlә gülәn şәn azәrbaycanlı qadınları vә gәnclәri nәzәrdәn keçirirdi.
                    Kommunist küçәsindәn enib “Kitab Sarayı” yanından keçәrkәn, o, köksünü
                    ötürdü; bu, heyrәtdәn deyil, sevincdәn idi...
                        – Әşi, bunlar şәhәrin başına nә is gәtirirlәr? – deyә bağırdı.
                        Mәn onu daha da tәәccüblәndirmәk üçün maşını saxladım vә
                    Firuzәdәn maşını idarә etmәsini rica etdim. Firuzә Azavtodorun dәrnәyindә
   691   692   693   694   695   696   697   698   699   700   701