Page 692 - antologiya - poeziya_175x250_Layout 1
P. 692

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                        Firuzә oxuyurdu:

                               Әzizim, bir Qorxmaz adlı qәhrәman
                               Qara qan çәkәrdi yerin qatından;
                               Torpağın bağrını vurub dәlәrdi,
                               Çılğın tәbiәtә qalib gәlәrdi.


                        Mәn ona yanaşdım vә xәstәliyinә şübhә etdiyimi sezdirmәmәk üçün
                    gülümsәyәrәk:
                        – Hә, atanız sonra necә oldu? O, indi sağdırmı? – deyә soruşdum.
                        – Yox... O... Onu hissiz bir halda çәkib çıxartdılar. Mәn ona tәrәf
                    yüyürdüm. Gözlәri açıqdı, amma üzü, xüsusәn dodaqları gömgöy, dәniz
                    kimi idi. Ağa kәdәrli bir әda ilә: – Öldü, – dedi. Birdәn quyu guruldadı, qara
                    neft quyudan şiddәtlә fontan vurub, çarxı havaya sovurdu. – Ay can! – deyә
              116   ağa sevinәrәk, meyitdәn uzaqlaşdı. Mәni işçilәr kәnara çәkdilәr. Tez qoyun
                    kәsdilәr. Ağa әmrlәr vermәyә başladı. Mәn isә neft sellәri altında yatan
                    atamın yanına can atırdım. İşçilәr mane olurdular. Nәhayәt, ağanın әmri ilә
                    işçilәr atamın ayaqlarından yapışıb kәnara sürüdülәr. Meyiti köhnә bir
                    arabaya qoyub, üstünü cır-cındırla örtdülәr vә şәhәrin kәnarı ilә evimizә
                    gәtirdilәr.
                        Nәbzini yoxlarkәn, mәqsәdimi anlayan Mәmmәd birdәn sözünü
                    kәsәrәk:
                        – Doktor, әbәs yerә zәhmәt çәkirsiniz. Mәn qәtiyyәn xәstә deyilәm, –
                    dedi, – mәn xәstә deyilәm, ağlım da özüm dәdir. Görürsünüz ki, hәr şey
                    yadımdadır, qapımızdan bir rus qadını keçirdi, әlindә bir dәstә çiçәk vardı.
                    O, bu çiçәklәri qәbiristana aparırdı. Onun qarşısına yüyürdüm. – Çiçәyin
                    birini mәnә ver, – dedim. Qadın mәnә baxdı vә iki çiçәk verdi. O çiçәklәri
                    alıb qәbiristana yüyürdüm vә atamın qәbri üstünә qoydum. Sonra yaş torpaq
                    üzәrindә uzanaraq, kiçik üzümü qәbrә dayadım. Soyuq torpağı isti göz
                    yaşlarımla isladaraq, uzun-uzadı ağladım. Payız axşamının külәyi
                    sümüklәrimә işlәyirdi. Bütün bәdәnim titrәyirdi. Bundan sonra xәstәlәndim
                    vә üç ay yatdım. Doktor, bәlkә, mәn sizә mane oluram! – dedi.
                        – Yox, әksinә, mәn sizin söhbәtinizdәn çox maraq lanıram, – deyә tez
                    cavab verdim.
                        – Mәn azmışam, dax mamızı vә bütün rayonumuzu itirmişәm. Qapıda
                    sizin adınızı oxuyub, vaxtilә müalicә etdirdiyim köhnә bir dost kimi bәzi
                    şeylәr öyrәnmәk üçün yanınıza gәldim.
                        – Axı necә oldu ki, belә sağlam vә qüvvәtli bir adam olduğunuz halda,
                    birdәn adınızı vә evinizin yerini itirdiniz?
   687   688   689   690   691   692   693   694   695   696   697