Page 687 - antologiya - poeziya_175x250_Layout 1
P. 687

Tàüû Øàhbazi Simurq


                – Öylә isә gәlin, sabah danışılan söhbәtә qulaq asın, bәlkә, Hacı bir
            nitq desin?
                – Xayır, sizinki teatro tamaşası kimi olur, – biz onu bacarmarıq... Böylә
            söh bәt olsa nә var?
                – Nә üçün, axund moizә etmәyirmi? Nitq irad etmәk dәxi o moizә
            kimidir, – deyә Әhmәd başa salmaq istәdi.
                – Qәtnamә dә olacaqmı? – deyә Mәlik sordu.
                – Qәtnamәsiz olmaz. Yoxsa axundun moizәsi kimi “nişәstәnd, qoftәnd,
            bәrxastәnd” әhvalatı olar.
                Birdәn Mәlik üzünü göyә tәrәf qaldırıb:
                – Bax, azan da deyilir. Bu zalım qızı mәnim dәdәmi gordan çıxaracaq
            ki, turşu gec gәldi. Mәn isә, doğrudan da, söhbәtә qızışıb turşunu unutdum, –
            dedi.
                – O da yeridir. Nә etsә, yeridir.                                  111
                – Di dur, mәn dә sәnә yoldaşam, – deyә Hacı da qalxdı.
                – Başqaları dәxi durub, xudahafiz edib dağıldılar.
                Hacı ilә Mәlik bir qәdәr sakit gedәndәn sonra Mәlik Hacıya söylәdi:
                – Әslinә baxsan, bunların sözü әsassız deyil.
                Xarrat Bağır ilә Kәrbәlayı Nәcәf bütün müsahiblәr gedәndәn sonra bir-
            birinә baxdılar vә sonra Kәrbәlayı Nәcәf dedi:
                – Allah ömür versin, Hacı siyasәt işini yaxşı bilir.
                Xarrat Bağır onun sözünü tәsdiq edәrәk dedi:
                – Müsәlmanlıqda onun kimi siyasәt bilәn az tapılar. Siyasәt adamıdır.
   682   683   684   685   686   687   688   689   690   691   692