Page 689 - antologiya - poeziya_175x250_Layout 1
P. 689

Cÿfÿr Cabbarlû




                                          Firuzә


                        , gözәl, girdәsifәt gәnc bir qızdı; şәrqli qızlara mәx sus qara,
                        dәrin, atәşli gözlәri, qәlәmlә çә ki  l   miş kimi qara qaşları, incә
                Ododaqları vardı.
                Doğrusu, bu qız mәni çox maraqlandırırdı. Onun daima daxili bir
            hәyәcan keçirdiyini hiss edirdim. Dosent-prorektor vәzifәsindә olduğumdan,
            onun bu düşüncә vә dalğınlığının sәbәbini soruşub öyrәnә bilmirdim.
                Firuzә son kursda idi. Amma bu dörd ildә onun kim olduğunu öyrәnә
            bilmәmişdim. Bir gün mәni qalereyada saxlayaraq, rәngdәn-rәngә girәn üzü,
            xәfif-xәfif әsәn incә dodaqları vә şirin dili ilә:
                – Bağışlayın, doktor, sizdәn bir ricam var, – deyәrkәn, mәn çox tәәccüb
            etdim. – Mәn bütün bu praktiki işlәrә da vam edirәm, qızdırma ilә mübarizә  113
            aparmaq üçün rayonda ol   mu şam. Mәn sizdәn rica etmәk istәyirәm, әgәr
            mümkün sә...
                O, öz fikrini ifadә edә bilmәdi, dili dolaşdı, qızardı. Mәn bilaixtiyar
            gülümsәdim.
                – De görüm, Firuzә, utanma, de görüm, nә istәyirsәn? – deyә soruşdum.
                O, yenә gözünü açdı, diqqәtlә mәnә baxdı vә yavaşca:
                – Doktor, mәn sizinlә bir yerdә işlәmәk istәyirәm. Xәstәlәrә baxarkәn
            yanınızda olmaq istәyirәm, sizdәn öyrәnmәk istәyirәm, vaxt taparam, vaxt
            taparam, – dedi.
                Ertәsi gün müәyyәn saatda ağ xalatda gәldi: Qәbuldan sonra Firuzә
            kabineti nizama salırdı vә laboratoriyada qan analizi üzәrindә çalışırdı.
                Qapının zәngi çalındı, gedib açdım. Qarşımda ucaboylu, uzun qızıl
            әsgәr şinelli bir kişi dururdu. Çox hәyәcanlı vә rahatsız görünürdü. O, içәri
            girdi. Diqqәtlә baxdım, çox çәtinliklә tanıdım. Gәlәn neft işçisi idi. Bir neçә
            il bundan әvvәl mәn onu qızdırma xәstәliyindәn müalicә edirdim, hәtta
            xәstәlәri qәbul saatlarından kәnar qәbul etmәdiyim üçün, haqqımda qәzetә
            mәktub da yazmışdı.
                Çox sәliqә ilә görüşdü vә tәklif üzrә oturduqdan sonra xәfifcә
            gülümsәyәrәk:
                – Mәni tanımırsınız, doktor? – dedi, – vaxtilә mәn sizi qәzetә
            vurmuşdum, – sonra xoş bir tәbәssümlә: – Sizdәn yardım almağa gәlmişәm, –
            deyә әlavә etdi.
                – Siz yenә xәstәsinizmi? – deyә soruşdum.
                – Yox, doktor, mәn azmışam.
   684   685   686   687   688   689   690   691   692   693   694