Page 686 - antologiya - poeziya_175x250_Layout 1
P. 686

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                        – Alınan şey sәnin deyildir, başqasının zәhmәtini istismar etmәkdәn
                    әmәlә gәlәn şeydir. Ona görә dә sәndә gәrәk qalmasın, xalqa verilsin.
                        – Mәn, mәsәlәn, Hacı Qafar, de görüm nә vaxt özgәnin zәhmәthaqqını
                    vermәmişәm. Sәn dәrzi Әlini mәn çoxdan tanıyıram. Sәn dә mәni
                    tanıyırsan, bir çox dәfә sәnә paltar tikdirmişәm. Elә vaxt olmuşdur ki, mәn
                    sәnә tikdiyin paltar üçün haqq-zәhmәti vermәmiş olam? Ya başqa adam
                    göstәrә bilәrsәnmi ki, onun pulunu mәn kәsmiş olam?
                        – Әvvәlәn, olsun sәn hәmişә işlәtdiyin adamın haqq-zәhmәtini ver -
                    misәn, amma elәlәri var ki, sәn dә bilirsәn, mәn dә bilirәm, qapısında işlәt -
                    diyi adamların zәhmәthaqqını vermәmişdir. Hәlә bәylәri, zavodçuları qoy
                    bir yanda dursun. İkinci, sәn verdiyin haqq aldığın xeyirә müqabildirmi?
                    Burada istismar olmamışmı? – deyә dәrzi Әli Hacıdan cavab gözlәr bir şәkil
                    aldı vә cavab vermәyәcәyini bilir kimi, Hacıya, sonra başqa müsahiblәrә
                    baxıb güldü.
              110       – Söz burasındadır ki, bir nәfәr sözü yoxdur, burada bütün sinif söhbәti
                    vardır, – deyә Әhmәd yoldaşı Әlinin sözünә qüvvәt vermәk üçün әlavә etdi.
                        – Quru ilә bәrabәr yaş da yanar. Böylә olar... Bunun oyununu göstә -
                    rirdilәr, gәrәk Hacı, sәn görә idin, görmәli idin. Orada varlıların mәişәti,
                    rәftarı, bildiyimiz kimi, gözümüzün qabağında nümayiş etdirilir idi.
                        – Hacı teatroya gedәn deyil.
                        – Xeyr, xeyr, getmәmişәm, getmәrәm, bu vaxtımda mәnә yaraşmaz da, –
                    deyә Hacı qәti olaraq fıkrini bildirmәyә tәlәsdi. Sanki qorxurdu ki, bu saat
                    onu teatro tamaşasına dәvәt edәcәkdirlәr.
                        – Amma sabah mitinqә, yәqin ki, gәlә bilәrsiniz – deyә Әli gülümsәdi.
                        – Hә, doğrudan, yenә nә barәsindәdir? – Şahcahan oğlu Mәlik qabaqca
                    mitinqin nә xüsusda çağırılmasını bilmәk istәdi.
                        – Şuralar Cümhuriyyәtini Qәrb ölkәlәri tәsdiq etmәlәri barәsindә, bir
                    dә yeni maarif evi açmaq xüsusunda danışıq olacaq.
                        – Şuralar Cümhuriyyәtini tәsdiq etmәkmi? Bunu mәn çoxdan demişәm
                    ki, Qәrb ölkәlәrinin lovğalığına baxmayın. Yumşalacaqlar. Şәrq mәmlә kәt -
                    lәrini görәndәn sonra onlar duracaqlarmı?! – deyә Hacı Qafar siyasәt alә -
                    min dә dara olduğu mәlumatı nümayiş etmәk niyyәti ilә әlavә etdi.
                        – Qәrb ölkәlәrindә zahiri qüvvә var, amma Şәrq mәmlәkәtlәrinin batini
                    vә böyük qüvvәlәri olduğunu unutmaq olmaz.
                        – Şuralar Cümhuriyyәti gәrәk meylini o yana vermәsin, bu yana versin,
                    bizim Şәrq mәmlәkәtlәrimiz ilә ittifaqını möhkәm etsin.
                        – O var, Hacı, o ittifaq möhkәmdir. Şura Cümhuriyyәtlәri İttifaqı bütün
                    mәzlumların nicat vә xilası üçün var qüvvәsini sәrf etmәyә hazırdır.
                        – Söz odur ki, var, bax söz odur, – deyә xarrat Bağır kәndi fıkrini
                    söhbәtә qatdıqdan xoşnud olar kimi, yan-yörәsinә baxdı.
   681   682   683   684   685   686   687   688   689   690   691