Page 681 - antologiya - poeziya_175x250_Layout 1
P. 681

Tàüû Øàhbazi Simurq




                                     Siyasәt adamı


                        acı Qafar çoxdan bәri şәhәrdә yaşayırdısa da, lakin şәhәrin
                        mәdәni hәyatından pәk uzaqda idi. O, teatro, klub, mühazirә,
                Hmüsamirә kimi mәdәni tәşkilatları tanımaz, tanımaq belә
            istәmәz. Heç maraqlanmaz ki, bu gün şәhәr teatrosunda hansı oyun mövqeyi
            tamaşaya qoyulacaq, kimlәr iştirak edәcәkdir. Yaxud klubda bu gecә nә
            tәrtib olunmuş, harada, kim, nә xüsusda mühazirә oxuyacaq – bunlar heç
            dә Hacı Qafarın qulağına girmәz.
                Klub? Teatro? Oyun? Mühazirә? Musiqi axşamları – bunlarla Hacı
            Qafarın nә işi – bunlardan Hacı Qafar nә әxz edә bilәr? Müasirlәşә bilәrmi?
            Hacı Qafar hazırkı әsrdәn geridәmi qalmış? Siz bunu iddia edirsinizmi? Bir
            saat içәrisindә Hacı Qafar kәndisinin bilik vә mәrifәtini, siyasәt, fәnn,  105
            texniki vә qeyri sahәlәrdә malik olduğu mәlumatlarını sizin qarşınızda cari
            etsә, axıtsa, ağıllı-başlı müasir adam olduğunu sübut edәmәzmi? Buyurun –
            nәticәsini görün.
                Hacı Qafar yalnız bu gün belә deyildir. Altmış yaşında olduğu halda o,
            kәndisini hәp belә tanıyır. İnqilab da oldu, әhval vә evza da dәyişdi. Әski
            üsuli-idarә belә tәbdil oldu. Hәr bir işdә yenilik vücudә gәldi, fәqәt Hacı
            Qafar dәyişmәdi. Hacı Qafarın әskidәn belә qәbul etmiş olduğu nәzәriy -
            yәlәri tәğyir tapmadı. Mülkü vә malı әlindәn çıxdı isә dә, fәqәt nöqteyi-
            nәzәri dәyişmәdi, bilәks, sabiqdә dediklәri hәyatda sübut oldu.
                İnqilabdan әvvәl olduğu kimi, indi dә Hacı Qafar siyasәtlә maraqlanar,
            sabiqdәki kimi, indi dә dövlәtlәrin vә padşahların münasibәtlәrini öyrәnәr,
            bu xüsusda daima söhbәt edәr, düşündüklәrini söylәr.
                On il, bәlkә, on beş il, bәlkә, iyirmi il bundan әqdәm olduğu kimi, yenә
            mәscid hәyәtindә, dәllәk dükanında, hamam qabağında, dostu Kәrbәlayı
            Fәrzәlinin baqqal dükanında, müxtәsәr, hәr bir mәclisdә üç, beş, on adam
            hazirunun çox vә azlığının tәfavütü yoxdur – cәm oldumu, Hacı Qafar
            sevdiyi, bildiyi mәsәlә dairәsindә söhbәtә başlar. O zaman gәl dә, Şәrq vә
            Qәrb mәmlәkәtlәrinin bir-birinә olan әlaqә vә rabitәlәrindәn “düvәli-
            müәzzәmә” arasındakı münasibәtdәn, dövlәtlәrin hәrbi qüvvәtlәrindәn
            danışılan söhbәtә qulaq as... Hacı Qafarda nә qәdәr mәlumat varmış!
                Hacı Qafar bizim şәhәrdә deyil, başqa ölkәdә sakin olsa idi, yәqin ki,
            o ölkәnin xarici işlәr vәzarәti başında әylәşib ümuri-xariciyyәni idarә edәrdi.
            Bu, Hacının öz fikri idi. Bunu başqalarına da hiss etdirmәk istәrdi.
                O, siyasәtdә Balduindәn, Puankaradan, Mussolinidәn az bilirmi?
   676   677   678   679   680   681   682   683   684   685   686